Silsilə mal-qara oğurluğu: Cinayəti törədənlər 5 ildir ki, tapılmır - VİDEO

Silsilə mal-qara oğurluğu: Cinayəti törədənlər 5 ildir ki, tapılmır - VİDEO
Video
Video 77

Qubadan olan təsərrüfat sahiblərinin mal-qarası Abşerondakı qışlaqdan oğurlanıb. Bu problemin 5 ildir ki, davam etdiyi bildirilir. Hadisəni törədən şəxs və ya şəxslər isə 5 ildir ki, tapılmır.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, hər il bu çobanların həm atları, həm də iribuynuzlu heyvanları yoxa çıxır. Bu il də mal-qaranı qışlaqda saxlayan qubalı çobanların başına iş gəlib.

Piriyevlər ailəsi bu il qışlaqdan əliboş qayıdacaqlar. Çünki onların yaylaqdan apardıqları mal-qara oğurlanıb.

Heyvan sahiblərinin sözlərinə görə, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. 5 ildir ki, silsilə oğurluqlar olmasına baxmayaraq, cinayətkarlar tapılmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən oğurluqlarla bağlı müvafiq polis orqanında araşdırma aparılır. Əməlləri törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər