Şuşa elə Şuşa kimi qalacaq, amma Moskva İrəvana qarmaq atır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 21-də keçirdiyi brifinqdə Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Şuşada baş konsulluğunun açılması ilə bağlı son bəyanatına toxunub.
Bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında bildirilir.
“Bu bəyanat və gələcəkdə konsulluğun açılması Rusiya sülhməramlı kontingentinə, eləcə də Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına təhlükə yaradırmı?”, - deyə “Ura.ru” xəbər agentliyinin rusiyalı jurnalisti sual verib.
Mariya Zaxarovanın suala cavabının giriş hissəsi diplomatik cəhətdən qüsursuz olub. “İstənilən yerdə, xüsusən Şuşada konsulluq idarələrinin açılması məsələsi ikitərəfli münasibətlərin mövzusu olaraq qalır. İndiki halda bu, Bakı ilə Ankara arasında olan məsələdir”, - deyə o bildirib.Hər şey sanki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsindədir. Lakin bu, cavabın yalnız birinci hissəsidir. Bunun ardınca Zaxarova başqa açıqlamalar verib.
“Eyni zamanda biz məsələnin İrəvan üçün həssas yönünü başa düşürük. Biz təmaslarımızda bir-birimizin maraqlarını nəzərə almağın vacibliyini və Azərbaycan-Ermənistan kimi, Türkiyə- Ermənistan münasibətlərinin də normallaşması prosesinin vacibliyini vurğulayırıq”, - deyə o əlavə edib.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...