İşsizlərin NƏZƏRİNƏ! - Pul xərcləmədən öz işinizi qura bilərsiniz - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobil təmiri ilə məşğul olan Elnur Quliyev özünüməşğulluq proqramına müraciət edərək aktiv əməyə cəlb olunub.
BAKU.WS xəbər verir ki, o, sözügedən proqrama qoşulmaq üçün prosedur barədə danışıb.
"Özünüməşğulluq ilə əlaqədar Yasamal rayonu idarəsinə müraciət etdik. Müraciətdən bir müddət sonra mənə təlim keçirildi, imtahan verdim. Daha sonra isə avadanlıqları bizə təqdim etdilər".
Qeyd olunub ki, bu layihədən yararlanan yüzlərlə vətəndaş öz uğurlu biznesini qurub. Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən həyata keçirilən proqramın əsas məqsədi işsiz kimi qeydiyyatda olan, əlillər, şəhid ailəsi, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və həssas qrupa daxil olan digər şəxslərin məşğulluğa cəlb edilərək onların əmək bazarına çıxış imkanı yaratmaqdır.
Daha ətraflı AzTV-nin sujetində izləyə bilərsiniz:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...