İşdən çıxarılan aktyorlar çətin vəziyyətdə yaşayırlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Mənsumə Babayeva çalışdığı teatrdan çıxarılıb.
BAKU.WS xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının keçmiş işçisi bu barədə "Xəzər xəbər"ə danışıb. Aktrisanın sözlərinə görə, o yaşı ilə əlaqədər çalışdığı teatrdan zorla çıxarılıb:
"Oyunlarım qalıb. Məni o dərəcəyə çatdırdılar ki, ərizəni yazmağa məcbur oldum. Hüquqşünas da başımın üstdə dayanıb ki, ərizəni yazın, yoxsa filan səbəbə görə sizi işdən çıxarırıq. Necə məni işdən çıxarırsan? Teatrda ömrüm gedib. Mən tək deyiləm, mənimlə bərabər 9 nəfər işdən uzaqlaşdırılıb. Təqaüdlə dolana bilmirəm, bunlar da işə çağırmırlar. Nə olsun ki, müqavilə ilə adım gedir. Amma tamaşaları kimlərsə oynayır. Deyirlər, yaşlısan, təqaüddəsən bitdi, titulların yoxdu. Mənim titulum siz müdiriyyətdən asılı olub ki, qiymətləndirəsiniz".
Xalq artisti Valeh Kərimov da Mənsumə Babayevanın başına gələn problemlə qarşılaşıb. Müdriyyət ona yaşı ilə əlaqədər işdən çıxarıldığını bildirib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...