Səyyar "ASAN xidmət" avtobusları bölgələrdə necə fəaliyyət göstərir?
"Bu gün artıq ölkə üzrə 28 "ASAN xidmət" mərkəzi fəaliyyətdədir. Əlavə olaraq üç "ASAN kommunal" mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər vətəndaşlara qeydiyyat yerindən asılı olmayaraq ölkənin bütün regionları üzrə xidmət həyata keçirir. Düşünürük ki, bu say kifayət edir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bundan əlavə 10 səyyar avtobus da var:
"Onlar "ASAN xidmət" mərkəzinin olmadığı regionlara səfərlər edirlər. Tələbata uyğun 2 həftə və ya 1 ay ərzində şəhər və qəsəbələrdə vətəndaşlara xidmət göstərirlər.
Bu 10 avtobus və 28 mərkəzin ölkəni tam əhatə etdiyini düşünürük. Mərkəz sayının artırılmasına artıq ehtiyac duyulmur. Yalnız işğaldan azad olunmuş ərazilərdə növbəti mərkəzlərin açılması planlaşdırılır".
Oxşar xəbərlər
KMBİ dövlət qulluqçularının və hüquq-mühafizə orqanlarının adından dələduzluq edən şəxslərin ölkədəki əlaqələrini ifşa edib
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və "WhatsApp" ani mesajlaşma hesabları v...