"Səni axtarıram"a gələn Elşən: "Oğlan deyiləm, qızam, namusum tapdalanmasın deyə ..." - VİDEO

ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramında hər kəsi təəccübləndirən hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Elşən adlı bəy 27 il əvvəl itkin düşən bacısı Azadə Mirzəyevanın tapılması üçün verilişə müraciət edib.
Proqramda Elşən əslində bəy deyil, xanım olduğunu, adının isə Gülər olduğunu deyərək hər kəsi təəccübləndirib.
Bacısı Azadə itkin düşəndən sonra Gülərin həyatı məhv olub. O, kişi paltarı geyinərək küçələrdə bacısı Azadəni axtarmağa başlayıb. Parklarda yatıb, küçələrdə gecələməli olub.
Veriliş zamanı Gülər, "Heç kim mənə kəm gözlə baxmasın, namusum tapdalanmasın deyə oğlan libası geyinib kişi işləri görürəm", - sözlərini söyləyib.
O, bacısının itkin düşməsində isə ögey bacısı Cəmiləni ittiham edir. Gülər bacısı Azadə geri qayıdarsa, qız libası geyinib onu qarşılayacağını deyib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
