Sahibsiz itlər sakinlərin həyatı üçün təhlükə yaradır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirin Qaracəmirli kəndinin mərkəzi hissəsi sahibsiz küçə itləri ilə doludur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ilk baxışdan sağlam olmadıqları hiss olunan itlər ətrafdakılar üçün ciddi narahatlıq yaradır.
Bəzən yoldan keçənlərə hücum edərək təhlükə mənbəyinə çevrilirlər.
Sakinlərin əsas narahatlığı azyaşlılarla bağlıdır. Çünki məktəbə gedən yolun ətrafına toplaşan heyvanlar dəfələrlə şagirdlərə hücum ediblər. Şəhidlər üçün tikilən abidəyə gedən yol da eyni ərazidən keçir.Məsələ ilə bağlı Qaracəmirli kənd bələdiyyəsindən bildirilib ki, yaxın vaxtlarda bununla bağlı müvafiq tədbir görüləcək.
Qeyd edək ki, sığınacaqların sayının yetərsiz olması ilə əlaqədar sahibsiz itlərin yaratdığı problem bir çox yaşayış məntəqələrində müşahidə olunur.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...