Rusiya dövlət televiziya kanalında Azərbaycana qarşı növbəti təxribat - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın “Rossiya 24” dövlət telekanalında Azərbaycan əleyhinə süjet nümayiş olunub.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, onun müəllifi, jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında öz “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir.
Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlanır, onlar Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirirlər, həmçinin ermənipərəst ekspertlərin çıxışlarını göstərirlər.
Xatırladaq ki, son vaxtlar Rusiyanın dövlət kanallarında bir neçə anti-Azərbaycan, təxribat xarakterli süjetlər və reportajlar nümayiş etdirilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...