Rus turistlər Bakı bulvarındakı biabırçılığı çəkib dünyaya göstərdilər - VİDEO

Rus turistlər Bakı bulvarındakı biabırçılığı çəkib dünyaya göstərdilər - VİDEO
Video
Video 6226

Dənizkənarı Bulvar ərazisinə təssüflər olsun ki, bəzən su butulkaları və tum qabıqları atılır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Bakıya gələn turistlərdən biri videoya çəkərək dəniz suyunun çirkli olduğunu bildirib.

“Rusiyalı turistlər tərəfindən “Youtub”a yüklənən videoda bu məqama diqqət çəkilir.”

“Yerli sakinlər də yağlılığın və çirkliliyin gözlə görülən səviyyədə artdığı qənaətindədir.”

Dənizkənarı Bulvar İdarəsindən bildirildi ki, Milli Park ərazisinin təmizliyi daim diqqətdə saxlanılır.

O ki, qaldı dəniz suyunun çirkliliyinə və yağlılıq dərəcəsinin artmasına, aidiyyəti qurumlara bununla bağlı məlumat verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər