Rəsmi qurum "Gəncə Cake House"dakı iyrənc mənzərə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
13
fev
2019
11:08
Bakıda fəaliyyət göstərən "Gəncə Cake House" şirniyyat evində müşahidə olunan iyrənc mənzərə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyində araşdırmalara başlanılıb.Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.“Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”, - deyə qurum rəsmisi bildirib.Qeyd edək ki, sözügedən şirniyyat evinin müştərilərindən birinin redaksiyamızın "qaynar xətti"nə göndərdiyi videodan görünür ki, Yeni Yasamal. Məhəmməd Xiyabani 3 ünvanında yerləşən mağazada sanitar və gigiyenik qaydalara əməl olunmur.Belə ki, piştaxtalardakı şirniyyatların üstündə siçovullar gəzir.Həmin görüntüləri təqdim edirik.Cavid Babayev
Oxşar xəbərlər
"Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO
Bakıda şirniyyat evində iyrənc mənzərə müşahidə olunub.BAKU.WS-in məlumatına görə, görüntülər "Gəncə Cake House"da lentə alınıb.Sözü gedən şirniyyat evinin müşt...