Ramana sakinləri susuzluqdan əziyyət çəkirlər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yeni Ramana qəsəbəsində yaşayan bir qrup sakin günlərdir su üzünə həsrət qalıb.
BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, əraziyə içməli su bir neçə günlük fasilə ilə, daha çox gecə saatlarında verilir.
Qeyd olunub ki, isti havalarda yaşanan su çatışmazlığı insanların işini xeyli çətinləşdirib.
Sakinlərin sözlərinə görə, verilən suyun təzyiqi çox zəif olduğundan, ehtiyat çənlərini belə, doldura bilmirlər.Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirildi ki, suya tələbat artdığından təzyiq aşağıdır. Sözügedən ərazi relyef baxımından yüksəkdə yerləşdiyi üçün su təchizatında müəyyən çətinliklər müşahidə olunur. Temperatur aşağı düşdükcə, suyun əvvəlki şəkildə verilişi təmin olunacaq.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...