Quşlar onlarla avtomobilə daş atıb, yararsız hala saldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada Moskva yaxınlığındakı Lyubertsı şəhərində quşlar yaşayış kompleksində park edilmiş onlarla avtomobilə daş atıb.
BAKU.WS xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, orada yaşayan quşlar pəncələri ilə xırda daşlar yığaraq 22-ci mərtəbənin hündürlüyündən maşınların üzərinə atırlar. Yerli sakinlər yaşayış kompleksinin ərazisində yaşayan quşların hərəkətindən insanların əziyyət çəkəcəyindən ehtiyat edirlər.
Zədələnmiş avtomobillərin dərc olunmuş fotoşəkillərində onların damlarının əzilib, şüşələrinin sındığı görünür.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....