Qəza keçirən Nicat Şakirlinin dostu: "Ətirlərinə qədər oğurlayıblar" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Nicatın mobil telefonunu və pul qabısını oğurlayıblar. Bu mənim üçün ən axırıncı bir şeydir. Sadəcə yayımlanacaq deyə ağır sözlər demək istəmirəm. Lakin bu ən axırınıcı sözə layiq hərəkətdir. Bunu etmək ayıbdır. Ən azından bu sənin də dostunun, tanışının başına gələ biləcək bir hadisədir”.
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında ötən gün gecə ağır yol qəzası keçirən bloger Nicat Şakirlinin dostu, aparıcı və bloger Ramal İsayev deyib.
O, Nicatın hadisə zamanı avtomobilindəki ətirlərinin də oğurlandığını bildirib:
“Hadisə zamanı fürsətdən istifadə edib ətirlərinə qədər oğurlayıblar. Bu nə iyrənclikdir! Biabırçılıqdır! Biz bu açıqlamanı verdikdən sonra nazirlikdən də bildirildi ki, hadisə araşdırılacaq. İnanırıq ki, bunu edən insanlar mütləq tapılacaq”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...