Qərbi Azərbaycan Xronikası: “Ermənistanda azərbaycanlılar vaxtilə daim basqıya məruz qalıblar” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.
Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin professoru, Folklorşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri Aslan Bayramov müsahibəsində Qərbi Azərbaycanda ana dilimizin tarixinə, eləcə də dialektologiya, etnonimiya, onomastika sahələrinə nəzər salıb.
O, Qərbi Azərbaycanda etnik tərkibin dəyişdirilməsi üçün aparılan siyasətdən danışaraq bildirib ki, Çar Rusiyası 1813-1828-ci illərdə süni surətdə Türkiyə ilə Azərbaycan arasında tampon bölgə yaratmaq üçün ermənilərdən istifadə edib:
“Çar hökuməti saxta məxfi xəritələr tərtib edərək yayıb”.
Tədqiqatçı-alim Qərbi Azərbaycanın toponimlərindən, tarixi yer-yurd adlarının ermənilər tərəfindən necə saxtalaşdırıldığından söz açıb:
“Ermənilər zaman-zaman 700-800 coğrafi adları rəsmi qaydada dəyişdirib, azərbaycanlılara aid minlərlə toponimi məhv ediblər. Həmin qədim coğrafi adlar bizi doğma yurda daha möhkəm bağlayır. Hazırda bu sahədə aparılan araşdırma, tədqiqat işləri çox faydalıdır və dövlət buna dəstək verir”.
Onun sözlərinə görə, indiki Ermənistanda azərbaycanlılar vaxtilə daim basqıya məruz qalıblar.
Professor ermənilərin oğuz torpaqlarında süni kök atmasını sübut edən faktların üzə çıxarılması üçün aparılan araşdırmaların faydalı olduğunu söyləyib.
Ətraflı verilişi təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...