Qarlı Bakı küçələrində yol polisindən alqışa layiq addım - VİDEO
19
fev
2019
15:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda qar yağıb. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi də gücləndirilmiş iş rejiminə keçib.Avtosfer.az xəbər verir ki, səhər saatlarında yollarda hərəkət edən avtomobillərin bəzilərində problemlər yaranıb. Oxuculardan biri paytaxtın Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində çəkdiyi videonu göndərib.Görüntülərdə "Mercedes" markalı avtomobilin nasaz vəziyyətdə olması və yol polislərinin sürücüyə kömək etdiyi əks olunub. Onlar avtomobili itələyərək təhlükəsiz əraziyə çəkir və daha sonra problemi aradan qaldırmaq üçün sürücüyə yardım edirlər.Həmin görüntüləri təqdim edirik:BAKU.WS
Oxşar xəbərlər
Paytaxtın bir sıra küçələrində tıxac var - SİYAHI
Paytaxtın bir sıra küçələrində tıxac var.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən də 28 May k...