Qarabağın erməni sakinləri Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bununla bağlı videogörüntüdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Görüntülərdən də aydın olduğu kimi, Qarabağın erməni əhalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.

Oxşar xəbərlər
Qarabağın erməni sakinləri “Laçın” buraxılış məntəqəsindən sərbəst keçirlər - YENİLƏNİB + VİDEO
Mülki ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış mə...