“Qanlı göl” ərazisində tikilən qanunsuz obyekt sökülüb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Qanlı göl” ərazisində tikilən qanunsuz obyekt sökülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Yasamal rayonunda “Qanlı göl” adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktını aşkar edib.
Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.
Qalereya
Oxşar xəbərlər
Qanunsuz tikilən obyekt FHN tərəfindən sökülüb - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti daha bir qanunsuz obyekti söküb. BAKU.WS xəbər...