Problemli kreditlərlə bağlı son qərar veriləcək - VİDEO

Problemli kreditlərlə bağlı son qərar veriləcək - VİDEO
Video
Video 2895
Azərbaycanda manatın ucuzlaşması üçün heç bir əsas yoxdur.Bu fikri ölkənin baş bankiri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında səsləndirib.Elman Rüstəmovun sözlərində görə, ölkədə makroiqtisadi sabitlik təmin edilib, əhalinin nominal gəlirləri bu ilin əvvəlində 10,2 % artıb və infilyasiya 4 % ətrafında olub.Baş bankir Azərbaycanda uçot dərəcəsinin azaldığını açıqlayıb və bunun da bankaların kredit faizlərinə az da olsa təsir edəcəyini bildirib. Amma faizlərin azaldılması üçün işlər davam etdirilir.Elman Rüstəmov banklarda olan problemli kreditlərlə bağlı da araşdırma aparıldığını açıqlayıb və müvafiq qərarın veriləcəyini bildirib.Elman Rüstəmovun sözlərinə görə, bu ilin birinci rübündə Azərbaycanda iqtisadi artımı 2,3%-ə yüksəlib. Bundan başqa yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 mln. manat təşkil edib.Mətbuat konfransında o da vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə , o cümlədən ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı da yubiley pul sikkələri buraxılacaq.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər