Övlad dünyaya gətirərkən digər balasını da yetim qoyan Ülviyyənin GÖRÜNTÜLƏRİ - VİDEO

Zərdab rayonunda doğuş zamanı həyatını itirən qadınla bağlı yeni detallar məlum olub.
Yaxınları iddia ediblər ki, ananın ölümünə həkim səhlənkarlığa səbəb olub.
Anası Sevinc Nağıyeva qızının hamiləlik dövrünün normal keçdiyini, paytaxtdakı həkimlərdən birinin nəzarəti altında olduğunu bildirib.
Onun sözlərinə görə, qızı hər ay mütəmadi analizlər verib və müayinələrdən keçib. Həkimin təyin etdiyi vaxtda isə xəstəxanaya gətirilib:
"Qızım əməliyyat olunandan sonra yoldaşına demişdi ki, qarnımın içindən nəsə axır. Həkim isə bunun normal olduğunu bildirmişdi. 15 dəqiqə keçəndən sonra isə qızım koma vəziyyətinə düşdü".
Qeyd edək ki, bu ananın ikinci övladı olub.
Hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı ATV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
