Naxçıvanda açıq ərazidə yanğın söndürülüb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS FHN-nə istinadən xəbər verir ki, dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, açıq ərazidə baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən həyətyanı sahələrə keçmə riski yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazi 600 kvadratmetr sahədə və 2 ədəd ağac yanıb. Ətraf ərazilər, o cümlədən həyətyanı sahələr yanğından mühafizə olunub.
Qalereya
Oxşar xəbərlər
Xızıdakı yanğının təfərrüatları açıqlanıb - YENİLƏNİB-4
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə BA...