Narkotikə görə hər şeyini itirən Hikmət Sovetksi: "Obyektlərim, avtomobillərim var idi" - VİDEO

Narkotikə görə hər şeyini itirən Hikmət Sovetksi: Obyektlərim, avtomobillərim var idi - VİDEO
Video
Video 1

"Bizimləsən" verilişinin ötən gün yayımlanan buraxılışında təsirli anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, proqrama qatılan Hikmət Sovetski narkotikə qurşandığı illərdən danışıb.

O narkotik aludəçisi olduqdan sonra ailəsini və bütün mal varlığını itirdiyini bildirib.

Hikmət varlı ailədə dünyaya gəlib. Veriliş zamanı bildirib ki, çoxlu obyektləri və avtomobilləri olub. O bütün maddi imkanını narkotikdən istifadə edərək xərcləyərək qurtarıb. Hikmət valideynlərinin ona görə dünyadan köçdüyünü, onlara yaxşı övlad ola bilmədiyini deyib.

Bu zaman o göz yaşlarının saxlaya bilməyib. Hazırda bir oğlu olan Hikmət onu üç ildən sonra gördüyünü deyib. Reabilitasiya mərkəzində müalicələri davam edən keçmiş narkotik istifadəçisi “Oğluma görə sağalıram” - deyə vurğulayıb.

Efir zamanı onun narkotik aludəçisi olduğunu əks etdirən kadrlar da nümayiş olunub. Videoda Hikmət tanınmaz halda olduğundan görənləri şoka salıb.

Ətraflı videoda:

Son xəbərlər