Mühafizəçi ilə vəkil arasında mübahisə: "Mən məclis üzvüyəm, parkinq pulu ödəmirəm"

Mühafizəçi ilə vəkil arasında mübahisə: Mən məclis üzvüyəm, parkinq pulu ödəmirəm
Video
Video 209

İstanbulda AK Partiya Məclis üzvü, vəkil Nazif Tunç parkinq pulunu ödəmək istəməyincə mühafizəçi ilə mübahisə etməyə başlayıb.

BAKU.WS sondakika.com-a istinadən xəbər verir ki, mobil telefon kameralarına əks olunan görüntülərdə Tunçun, "Mən məclis üzvüyəm, dayanacaq pulu ödəmirəm" dediyi üzə çıxıb.

Məlumata görə, gecə saatlarında baş verən hadisə zamanı əvvəlcə dayanacaq işçiləri ödəniş etmədən getmək istəyən Tunca mane olub.

Tunç "Mən məclis üzvüyəm, parkinq haqqını ödəmək istəmirəm. Maşınımla bağlı inzibati tədbir gör, cəza tədbiri tətbiq et. Bu, Böyükşəhər Bələdiyyəsi tərəfindən verilmiş bir hüquqdur".

Mübahisə zamanı dayanacaqda uzun növbə yaranıb, təhlükəsizlik işçisi çıxış qapısını açıb. Tunç pulu ödəmədən dayanacaqdan çıxıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər