İmkanlı şəxs ailəsi tərəfindən soyularaq küçəyə atıldı - Onun acı taleyi hər kəsi kövrəltdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər TV-də yayımlanan “Təsir dairəsi” proqramında hər kəsi duyğulandıran anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, buna səbəb verilişdə bir zamanlar imkanlı olan, indi isə anası və qardaşı tərəfindən soyularaq küçəyə atılan Sabirin görüntülərinin nümayiş etdirilməsi olub. “Təsir dairəsi” proqramının çəkiliş komandası Sabirin qaldığı kimsəsiz uçuq binaya yollanıb.
Ailə üzvləri və qohumları tərəfindən tərk edilən Sabir uzun müddətdir bu binanın bir hissəsində özünə yer düzəldərək orda yaşayır.
Efir zamanı Sabir Rusiyadan qayıtdıqdan sonra 75 000 AZN-ə ev aldığını, sonra o evin anası və qardaşı tərəfindən əlindən alındığını bildirib. Daha sonra Sabirin adına 35 000 AZN kredit götürüblər.
Efirdə ekspert qismində iştirak edən psixoloq Narınc Rüstəmova Sabirin hazırda dərin bir depressiya yaşadığını, buna görə də ona psixoloji dəstəyin lazım olduğunu bildirib.
Sabir üçün təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib. Daha sonra isə tam müalicə edilməsi üçün xəstəxanaya aparılıb. Xəstəxanada müalicəsi yekunlaşan Sabir daha sonra sığınacağa yerləşdiriləcək.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...