Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA - VİDEO

Üç gündür tətillə əlaqədar bağlanan bir neçə küçə və prospektdə işlər sürətlə aparılır.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın ən işlək küçələrindən olan Mehdi Hüseyn küçəsindəki yol ayın 15-dən nəqliyyatın hərəkətinə bağlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları tərəfindən köhnə asfalt qatı qaşınaraq kənara daşınıb.
Təmir işləri Parlament prospektində də aparılır. Burada da təmirlə əlaqədar əvvəlcə su xətləri yenilənir.
Cəfərov qardaşları küçəsinin Mixail Lermontov küçəsinədək olan hissəsində də təmir işləri aparılır.
Təmir müddətində sözügedən yollarda işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndirilib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
