Mərkəzi Bank sədrindən manatın taleyi ilə bağlı AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz öz monitar siyasətimizi sərtləşdirmişik. Bunu bizim qərarlardan görmək olar”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə açıqlamasında bildirib.
AMB sədrinin sözlərinə görə, Dünya Bankları çalışırlar bu məqamda tələb inflyasiyasını idarə etməyə çalışırlar:
“Bu nə deməkdir? Yəni qiymətlərin artımı, istehlakın artımından yaranan inflyasiyanı idarə etmək. Mərkəzi Bankın siyasət faizi var. Yəni, uçot dərəcəsini dəyişdirməklə, banklar tələb inflyasiyasına təsir edə bilirlər”.
Baş bankirin sözlərinə görə, valyuta bazarında tələb aşağıdır:
"Lakin kifayət qədər valyuta təklifi var. Sentyabr ayında bazarda xarici valyutanın (dolların -red) təklifi tələbi kifayət qədər çox üstələyib. Mərkəzi Bank Manata bahalaşma istiqamətində təzyiqi azaltmaq üçün bazara müdaxilə edib.
2023-cü ilin ötən dövrü ərzində Mərkəzi Bank məzənnəni sabit rejimdə saxlamaq üçün alış yönümlü müdaxilə edərək, bazardan 566 milyon dollar alıb. Bu 566 milyon dollarlıq alışın 444 milyon dolları yalnız sentyabr ayında olub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...