Məğlubiyyətlə barışa bilməyən Ermənistanın son çırpınışları - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvanda Yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan Ermənistandakı qüvvələrə və diasporaya müraciət edib, Qarabağa dair verilən qərarla barışa bilməyən nazir “sizin dayanmaq haqqınız yoxdur” deyib.
BAKU.TV xəbər verir ki, məğlubiyyətlə barışa bilməyən Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Akop Arşakyan rəsmi "Facebook" səhifəsində, hərbi sənayenin inkişafı, müxtəlif komponentlər və texnologiyaların tədarükü, ən yeni silahların hazırlanması və hərbi-sənaye kompleksinə kömək edən bütün qruplara, təşkilatlara, diaspor üzvlərinə və əhaliyə müraciət edib. "Dayanmağa haqqımız yoxdur" deyən nazir belə yazıb:
“İndi inkişaf etməliyik, heç bir halda dayanmamalı, sayıqlığı itirməməli və rahatlamamalıyıq. Qarabağdakı döyüş əməliyyatları günlərində olduğu kimi maksimum səy göstərərək eyni həvəslə çalışmağa davam edin”.
Ümidini üzməyən və Paşinyanın istefasını tələb edənlərdən biri də Ermənistanın Vatikandakı keçmiş səfiri, həmçinin Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyandır. O bildirib ki, ölkənin vəziyyəti dəyişdirməsi üçün dörd gün və ya 96 saat vaxt var və yeganə problem Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyandır.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...