Maksim Şevçenko: “Mən çox üzülürəm ki, Gəncəyə atılan raketlər Rusiya istehsalı olub” - VİDEO

Maksim Şevçenko: “Mən çox üzülürəm ki, Gəncəyə atılan raketlər Rusiya istehsalı olub” - VİDEO
Video
Video 669

“Mən çox üzülürəm ki, Gəncəyə atılan raketlər Rusiya istehsalı olub. Biz Cənubi Qafqazın sülh bölgəsi olması üçün əlimizdən gələni etməliyik”.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri Gəncədə səfərdə olan Rusiyalı siyasi xadim Maksim Şevçenko bildirib.

“Sülhü sülh yolu ilə bərqərar etmək istəsək də, alınmadı. Amma bəzən müharibəni “ağlını itirənləri” özlərinə gətirmək üçün bir əməliyyat kimi təsəvvür edin.

Ümid edirəm ki, nə vaxtsa bu raketləri atanlar da özlərinə gələcək. Öz ölkələrini, öz xalqlarını və ümumilikdə Qafqazı hansı vəziyyətə gətirdiklərini dərk edəcəklər”, - deyə M.Şevçenko vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər