Kürdəmirin düzəlməyən ictimai nəqliyyat problemi - VİDEO

Kürdəmirin bir neçə ucqar kəndinin sakinləri illərdir ictimai nəqliyyatın olmamağından əziyyət çəkirlər.
Marşrutların fəaliyyətinin zəif olması, yaxud heç olmaması bölgə camaatı üçün bir sıra problemlər yaradır.
Rayonun Carlı, Xəlsə, Beyi, Qocalı, Pirəköcə, Quşlar, Axtaçı, Dayıkazımlı, Mehdili, Qoçulu, Öyləqulu və Qarabucaq kimi ucqar kəndlərinə 30 ildən artıqdır ki, ictimai nəqliyyat işləmir və minlərlə insan hər gün rayon mərkəzinə gəlmək üçün taksi xidmətindən istifadə etməli olur ki, bu da maddi sıxıntıya səbəb olur.
Qeyd edək ki, analoji problem rayonun Muradxan, Çərtəyəz, Şilyan, Qarabucaq, Şahbəyli və İsmayıllı kəndlərində də hökm sürür.
Sakinlərin narazılığı ilə bağlı Kürdəmir RİH-dən bildirilib ki, ictimai nəqliyyat probleminin həll olunması onların səlahiyyəti çərçivəsində deyil. Buna baxmayaraq, sakinlərin müraciəti əsasında həmin məsələ nəzarətə götürülüb və baxılması üçün aidiyyəti üzrə göndərilib.
Məsələyə cavabdeh olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, qeyd edilən kəndlərdə sərnişin sıxlığı azdır. Bu səbəbdən də sözügedən istiqamətlərdə hazırda iki daşıyıcı xidməti göstərir.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...