Efirdə gərgin anlar - VİDEO

Tanınmış kulturoloq Aydın Xan Əbilov növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "Ümid ilə gəl" proqramına qonaq olan kulturoloq ictimai nəqliyyatda hamilə qadınlara, yaşlılara, uşaqlara yer verilməsinin mənasız olduğunu bildirib.
Əbilov onu da əlavə edib ki, avtobusda, metroda sözügedən şəxslərə yer vermək onların sağlamlığına mənfi təsir edir.
Kulturoloqun bu sözlərindən sonra, studiyada gərgin anlar yaşanıb. Ekspert qismində çıxış edən vəkil Şəfiqə Nağıyeva Əbilovun milli mentalitetimizdə, adət və ənənələrimizdə qüsur axtardığını deyərək ona əsəbiləşib.
BAKU.WS həmin görüntüləri təqdim edir:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
