Koçaryanın vəkili Azərbaycan dilində danışdı - VİDEO
10
dek
2018
14:53
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Ruben Sahakyan jurnalistə Azərbaycan dilində cavab verib. BAKU.WS xəbər verir ki, Ruben Sahakyan "Koçaryan nə zaman həbs ediləcək" sualına azərbaycanca "bilmirəm" deyə cavab verib. Vəkili bu cavabı Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən gün yenidən həbs olunub. BAKU.WS
Oxşar xəbərlər
Paşinyanın gizli səs yazısı yayıldı
İnternetdə Ermənistan rəhbərliyinin yüksək vəzifəli şəxslərinin telefon söhbətinin növbəti sensasiyalı səs yazısı yayılıb.Erməni KİV-i xəbər verir ki, bu dəfə y...