Kəmalə Ağazadə: "Nərminin anası nəsə bilir və qorxur" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anasını ittiham edib.
BAKU.WS xəbər verir ki, ananın Bakıda ev istəməsi hüquq müdafiəçisini dilə gətirib və o sosial şəbəkədə paylaşdığı fikirlərində ananı cinayət haqqında hansısa məlumatı olduğunu və hansısa səbəbdən gizlətdiyini bildirib:
“Balası öldürülən ananın qorxusu nədir? Ordakılar qorxsun, bu hadisəni bilib, təxmin edənlər, bilib susanlar, ört-basdır edənlər qorxsun, çəkinsin. Sənin qorxu dediyin nədir, ay ana? Bəlkə nələrisə bilib, ört-basdır edənlərin sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?
İnsanın ailəsi, həyatı təhlükədə olanda ev istəmir, müdafiə, mühafizə istəyir. Bəlkə doğrulardan qaçırsan? Bəlkə Nərminin ruhunun o kənddə, o evdə səni qarabaqara gəzib, "ay ana, niyə belə oldu?" sualına cavab verməmək üçün köçürsən? Amma Nərmin cismən o kənddə qalsa da, ruhən səni hər yerdə izləyəcək, arayacaq”.
Oxşar xəbərlər
Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI -Jurnalistlərin uydurmasıdır - VİDEO
Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev həyat yoldaşının Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliye...