Hulusi Akar və digər yüksək vəzifəli hərbçilər Müdafiə Nazirliyində görüş keçiriblər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək görüş keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində məlumat verib.
Görüş zamanı Hulusi Akar Azərbaycanın qələbəsinin tarixi zəfər olduğunu bəyan edib:
“Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə edibsiniz. Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun.
Bu əməliyyat bir oyanışdır, burada biz Azərbaycan Ordusunun gücünü gördük. Bakıdakı qələbə sevincini gördük, ancaq unutmayın ki, eynisi Ankarada da, İstanbulda da, İzmirdə də var idi. Bu, bizim qardaşlığımızın, bir millət olmamızın göstəricisidir. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!"
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...