Hindistanın Ermənistana daşıdığı hərbi texnikanın eksklüziv görüntüsü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan Ermənistan vasitəsi ilə Azərbaycana qarşı cəbhə açır.
Bunu sübut edən eksklüziv kadrlar Caliber.Az tərəfindən əldə edilib.
Belə ki, Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb.
Görüntülərdə aydın müşahidə olunur ki, daşınan yükü gizlətmək üçün onun üzərinə göy rəngdə tent atılıb.
Lakin aydındır ki, İrandan Ermənistana daşınan yüklər hərbi məqsədlər üçün nəzərdə tutulub.
“Əldə etdiyimiz məlumata görə, yük İranın Bəndər-Abbas limanına çatdırılıb. Bəs görəsən, təchizatçı kimdir?
İki müstəqil mənbədən əldə etdiyimiz məlumatlara görə, silah göndərən tərəf son vaxtlar Ermənistanla hərbi-texniki əməkdaşlığını sürətlə genişləndirən Hindistandır. Təkcə mətbuatdakı açıq mənbələrdən məlumdur ki, Ermənistanla Hindistan arasında dəyəri 400 milyon dollardan artıq hərbi müqavilə imzalanıb”, - Caliber.Az qeyd edir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...