Hikmət Hacıyev “Haber Global”-da Gəncənin atəşə tutulması barədə məlumat verir - VİDEO

Hikmət Hacıyev “Haber Global”-da Gəncənin atəşə tutulması barədə məlumat verir - VİDEO
Video
Video 405

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”-da Gəncənin atəşə tutulması barədə məlumat verib.

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan yalvarışlar edərək humanitar əsaslarla atəşkəs istədi. Lakin daha sonra insanlıq əleyhinə olan bu cinayəti törətdi:

"Humanitar atəşkəsin ardından “Toçka U” raket sistemindən istifadə edərək insanların sıx yaşadığı Gəncə şəhərini atəşə tutub. Hadisə nəticəsində 9 nəfər mülki şəxs həlak olub

30-dan artıq mülki şəxs ağır yaralanıb. Ermənistanın törətdiyi bu genosid aktı Xocalı hadisələrindən başlayır. Biz bütün dünya ictimaiyyətini Ermənistanın bu çirkin, mənəviyyatsız, şərəfsiz əməllərini pisləməyə çağırırıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər