Hərbi xidmətdə vərəmə tutulan şəxsin pensiyası niyə kəsilib? - VİDEO

Hərbi xidmətdə vərəmə tutulan şəxsin pensiyası niyə kəsilib? - VİDEO
Video
Video 51

Oğuzun Padar kənd sakini, 35 yaşlı Sənan Əhmədov pensiyasının kəsilməsindən şikayətçidir.

Hərbi xidmətdə olarkən ağciyərlərində yaranan problemə görə ordudan tərxis olunan S.Əhmədova ağciyərin vərəmi diaqnozu qoyulub və ikinci qrup əlillik təyin olunub.

“Beş il pensiya alandan sonra komissiyadan keçə bilmədim. İlyarımdır ki, pensiyamı ala bilmirəm. Müraciət etmədiyim yer qalmayıb. Ciyərimin yarısı yoxdur, pensiyamı kəsiblər”, - şikayətçi söyləyib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, hazırda Sənan Əhmədovun müraciəti ilə bağlı araşdırma aparılır.

S.Əhmədov BAKU.TV-yə bildirib ki, çəkilişdən sonra onunla əlaqə saxlanılıb və yenidən yoxlanışa dəvət edilib.

Ətraflı videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər