Hərbi vəzifəlilər təlimdə praktiki atış çalışmaları yerinə yetiriblər - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir. Plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, atışdan əvvəl şəxsi heyətə silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, atəş mövqeyinin tutulması və silahların döyüş vəziyyətinə gətirilməsi üzrə normativlər məşq etdirilib.
Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar hərbi vəzifəlilər tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Qalereya
Oxşar xəbərlər
Hərbi vəzifəlilərin təlim toplanışından görüntülər - FOTO/VİDEO
"N" hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir. Bu barədə BAK...