Hərbi attaşelərin Şuşa şəhərinə səfəri təşkil edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa şəhərinə ilk səfəri təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi attaşelər Şuşa rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus tərk edilmiş dayaq məntəqəsinə baxış keçiriblər.
Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri tərəfindən nümayəndə heyətinə antiterror tədbirlərindən sonra müsadirə olunmuş döyüş texnikası, hərbi avadanlıqlar və silah-sursat haqqında məlumat verilib və videoçarx nümayiş etdirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin xalqa müraciəti dünya mətbuatında geniş işıqlandırılıb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Tü...