Həmid Həmidovla "Danışaq?" layihəsi: Sevil Quvalova botoks, dolğu və yalançı kosmetoloqlar barədə - VİDEO

Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.
Ənənəvi podkastın qonağı isə məşhur kosmetoloq Sevil Quvalova olub.
Söhbətdə tibbi marketoloq Cəmilə Baydəmir də iştirak edib.
Budəfəki verilişdə cəmiyyətimizdə eyniləşən, biz-birinə oxşamağa başlayan qadın simaları, həmçinin geniş boz bazar da daxil olmaqla bütün kosmetologiya sənayesi müzakirə edilib.
Sevil Quvalova fəaliyyət sahəsi, kosmetologiya üzrə məşqçilərin işi, kosmetoloqlar və psevdokosmetoloqlar, mütəxəssisi qeyri-pəşəkardan ayırmağın yollarından söz açıb.
Söhbət əsnasında düzgün qidalanma və yuxu, dəriyə qulluq zamanı yol verilən səhvlər, prosedurlardan sonra ağırlaşmalar və fəsadların müddəti müzakirə olunub, müasir kosmetologiyamız dünya brendləri ilə müqayisə edilib, kosmetoloqların heç vaxt yerinə yetirmədiyi proseduralardan danışılıb. Verilişin sonunda ekspert izləyicilər üçün məsləhətlər verib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
