Hadisə ilə konsert zamanı birgə mahnı oxuyan qız kimdir? - VİDEO

Ötən gün məşhur müğənni Hadisə Bakıda konsert verib.
BAKU.WS xəbər verir ki, Bakı Konqres Mərkəzindəki konsert gecəsi zamanı maraqlı anlar yaşanıb.
Fanatlarından biri Hadisəyə yaxınlaşaraq onunla mahnı ifa etmək istədiyini bildirib. Hadise pərəstişkarının bu istəyini həyata keçirib və onunla mahnılarından kiçik hissələr səsləndirib.
Bu barədə aparıcı Vüsalə Əlizadə məlumat verib. O bildirib ki, bu jestdən sonra Hadisəyə hörməti daha da artıb:
Bu qız yaxınlaşıb, "Ən böyük arzum sizinlə mahnı oxumaqdır”, - dedi, çox inad etdi. Hadisə söz verdi və yerinə yetirdi. Halal olsun cəsarətinə... Çox da gözəl oxudu. Ayrıca Hadisəyə hörmətim və sevgim 1-ə 5 artdı. Vallah bizim müğənnilər olsaydı, bir yeniyetməyə bu şansı yaratmazdı".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
