"Haber Global"ın növbəti erməni təxribatı barədə süjeti: "Ermənistanın məqsədi sülhü baltalamaqdır" - VİDEO

Haber Globalın növbəti erməni təxribatı barədə süjeti: Ermənistanın məqsədi sülhü baltalamaqdır - VİDEO
Video
Video 45

"Xankəndi yolunda ekoloji terrora son qoyulması tələbi ilə azərbaycanlıların təşəbbüsü ilə keçirilən etiraz aksiyası davam edir".

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" süjet hazırlayıb.

MHP-nin türk dünyasından məsul sədr müavini Kamil Aydın könüllülərin haqlı etirazı ilə bağlı fikrini bildirib. K. Aydının sözlərinə görə, Ermənistan yeni təxribat törətmək fikrindədir:

"İşğal edilmiş torpaqlar azad edilib. Amma çox təəssüf ki, bu cür bəhanələrlə - mədənlərin qazılması, istismar edilməsi adı altında təxribat törədilir".

O, Ermənistanın Qarabağda mədənləri istismar etməsini təxribat kimi dəyərləndirib və burada erməni diasporunun rolunu diqqətə çatdırıb. Aydın bildirib ki, Ermənistan böhran axtarır.

"Ümid edirəm ki, ən qısa zamanda sağlam düşüncə qalib gələcək və mədənçilik bəhanəsi ilə böhran axtarışlarına son qoyulacaq", - deyə o əlavə edib.

Daha ətraflı "Haber Global"ın süjetində:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər