"Haber Global" Xocalı soyqırımı qurbanlarının dəfnindən süjet hazırlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Haber Global" telekanalı Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərin dəfn mərasimini işıqlandırıb.
Telekanalın bölgəyə ezam olunmuş əməkdaşı dəhşətli gecədə erməni vəhşiliklərinə məruz qalmış insanların yalnız 32 il sonra öz yaxınlarının iştirakı ilə dəfn edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, dəfn edilən şəxslərin hamısı mülki şəxslər olublar.
Qeyd olunub ki, uzun illər keçməsinə baxmayaraq, Xocalı faciəsinə hələ də dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməyib.
Daha ətraflı "Haber Global"ın süjetində:
Oxşar xəbərlər
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub - YENİLƏNİB - FOTO/VİDEO
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndə...