“Haber Global”: “Şuşada tarixi-mədəni tikililərin bərpası davam edir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsindən üç ilə yaxın vaxt keçir. Bölgənin yenidən qurulması və bərpası davam edir. Erməni işğalından azad edilmiş rayonlarda mədəni irs nümunələri tək-tək həyata qaytarılır.
Bu barədə Türkiyənin “Haber Global” telekanalının Şuşadan hazırladığı reportajında məlumat verilir.
Bildirilir ki, Şuşada erməni işğalı zamanı dağılmış tikililər yenidən dirçəlir. 28 il işğal altında olan şəhərdə evlər, ictimai binalar uçmaq həddinə gəlib çatıb. Hazırda isə əsrlərlə yaşı olan tarixi-mədəni abidələrin dağıdıldığı şəhər ilkin formasına qaytarılır.
Reportajda Gövhər Ağa məscidində aparılan bərpa işləri, eləcə də bölgədəki yol infrastrukturunun yenidən qurulması da öz əksini tapır.Videomaterialda Şuşanın təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əhəmiyyəti vurğulanır.
Daha ətraflı “Haber Global”ın süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...