“Global Media Group”dan 1 İyun - Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı maraqlı layihə - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Global Media Group” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bağlı maraqlı layihə həyata keçirib.
BAKU.WS xəbər verir ki, layihə çərçivəsində “Global Media Group”a daxil olan şirkətlərin əməkdaşlarının övladları valideynlərinin iş yerinə gələrək onların iş şəraiti ilə tanış olub.
Daha sonra uşaqlarla maraqlı və əyləncəli rəsm müsabiqəsi təşkil olunub və bütün balacalara hədiyyələr verilib.
Tədbirin əsas məqsədi uşaqların gələcəkdəki peşə seçimi ilə bağlı fikir və düşüncələrinin formalaşdırılması, həmçinin valideynləri ilə səmərəli vaxt keçirməsi olub.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...