Gedənlər qayıdır, avtovağzallarda sıxlıq yaşanır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bayram tətili başa çatır. Rayonlara gedənlər geri qayıdır. Bu səbəbdən avtovağzallarda müəyyən sıxlıq yaşanıb.
BAKU.WS xəzər xəbər-ə istinadən xəbər verir ki, Gəncə şəhər Avtovağzal Kompleksində də canlanma müşahidə olunur.
Sıxlığın əsas səbəbi də paytaxta üz tutanların sayının kəskin artmasıdır. Bunun bilet əldə etməklə bağlı çətinlik yaratması isə qaçılmazdır.
Bu səbəbdən də, sərnişinlərə öncədən bilet almaq tövsiyyə edilir.
Qeyd edək ki, avtovağzalın yaxınlığında kiçiktutumlu nəqliyyat vasitələri paytaxta sərnişin daşınması həyata keçirir.
Lənkəran şəhər Avtovağzalında da paytaxtda üz tutanların sayında artım müşahidə olunur.
Sərnişin sıxlığının hiss edilməməsi və narahatlıq yaranmaması üçün xəttə əlavə avtobuslar buraxılıb. Eyni zamanda süni qiymət artımının yaşanmaması üçün nəzarət gücləndirilib.
Zaqatala Avtovağzalında da adi günlərə nisbətən sıxlıq yaşanır. Avtovağzal rəsmisinin sözlərinə görə, dünəndən etibarən güclənirilmiş iş rejimi ilə fəaliyyət göstərirlər.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...