Gecə klubunda partlayışda ziyan dəyən avtomobillərin sahiblərinə kompensasiya ödəniləcək? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Bakıda "Location" gecə klubunda baş verən partlayış nəticəsində yaralananlar və ölənlər oldu. Partlayışın ağır fəsadları bununla da yekunlaşmadı. Həmin ərazidə bir çox evlərə, obyektlərə, o cümlədən ətrafdakı avtomobillərə ciddi ziyan dəydi. Məlumata əsasən, hadisə nəticəsində 14 maşın zərər görüb. Belə bir sual yaranır. Nəqliyyat vasitələrinə dəyən bu ziyanı kim ödəyəcək?
BAKU.WS xəbər verir ki, belə avtomobillərin kasko sığortası olmadığı təqdirdə dəymiş ziyanı hadisəni törədən şəxs ödəməlidir.
Bu haqda yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov "ARB TV-yə" danışarkən bildirib. Onun sözlərinə görə, küçədəki parkinq yerlərində avtomobili saxlamaq üçün ödənilən pul sadəcə həmin məkandan istifadə üçün nəzərdə tutulur.
Ekspert bildirib ki, qapalı parkinq yerlərində isə vəziyyət fərqlidir. Belə ki, həmin məkanda saxlanılan maşınlara dəyən ziyan mütləq şəkildə qapalı məkanın sahibi tərəfindən ödənilməlidir.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...