Fotosu ilə gündəm olan məzun kimdir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün ölkədə məzun gününün qeyd edildiyi bir vaxtda, sosial şəbəkələrdə yayılan bir foto sözün əsl mənasında ürək dağladı. Buna səbəb 11 illik məktəbi bitirən şagirdin məzun geyimində kuryer işlədiyi motosikletdə çəkilən şəklidir.
BAKU.WS xəbər verir ki, Xəzər TV-də yayımlanan "Xəbər ertəsi" proqramının çəkiliş qupu həmin məzunun fotosunu lentə alan fotoqraf Azər Azadoğlu ilə əlaqə saxlayaraq təsirli şəkil haqqında informasiya əldə edib.
Fotoqrafın sözlərinə görə, sözügedən şəkil Binəqədi ərazisindəki məktəblərin birində çəkilib:
"Fotodakı məzunun adı Vüsaldır. Mən həmin an onun şəkilini çəkdim. Sonra paylaşmaq üçün yaxınlaşıb icazə aldım. Vüsalın atası vəfat edib. Ailədə 6 övladdırlar. 2 qardaş, 4 bacı... Evin ən böyük uşağı Vüsaldır. O, işləməyə məcbur olub. Kuryerlik daimi iş deyil, əziyyətlidir. Mən ona mənimlə işləməyi təklif etdim. Ona fotoqraflığı öyrədəcəm".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...