FHN əməkdaşları güclü küləkdə bayrağı dəyişdilər - VİDEO

FHN əməkdaşları güclü küləkdə bayrağı dəyişdilər - VİDEO
Video
Video 99

Dünən Naxçıvan şəhərinin sakinləri maraqlı və diqqətçəkən “xilasetmə” əməliyyatının şahidi olublar.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Hava limanına gedən yolun üzərində yerləşən bayrağın güclü küləyin təsirindən yararsız vəziyyətə düşdüyünü görən Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu mənzərəyə etinasız qala bilməyiblər.

Dərhal qurum rəhbərliyinə məlumat verilib və xilasedicilər tərəfindən xüsusi əməliyyat reallaşdırılıb. Naxçıvan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi vasitələrlə hündür bayraq dirəyinə çıxaraq bayraq parçasının dirəkdə qalan hissəsini çıxarıblar.

Sonra xidmətin əməkdaşları tərəfindən dirəyə yeni bayraq bərkidilərək dövlət rəmzimizin yenidən həmin yerdə tam şəkildə dalğalanması təmin olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər