FHN Bakıdakı məşhur mağazanı bağladı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən “Avangard” ayaqqabı mağazasında keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığını müəyyən edib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Həmçinin obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb, anbar otağındakı taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb, obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib.
Bundan başqa, obyekt odsöndürən balonlarla təmin olunmayıb, mağazanın anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən “Avangard” ayaqqabı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu məşhur restoranın fəaliyyəti dayandırılıb - FOTO/VİDEO
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəz...