Erməni “Kissincer”lərin “Gizli şam yeməyi” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyi ötən çərşənbə günü təşkilatın mənzil-qərargahında BMT üzvü bir sıra ölkələrdən olan həmkarları ilə gizli görüş keçirib.
İst-River çayının sahilində yerləşən bina böyük olmasına baxmayaraq, “torbadakı pişiyi” gizlətməyə heç də hər kəs və hər zaman müvəffəq olmur.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videosüjetində bəhs olunur.
Belə ki, Azərbaycan təmsilçiliyi, görünür, casuslar barədə serialların pərəstişkarı olan erməni diplomatlarının bu gülünc aktivlikləri barədə dərhal xəbər tutdu. Ümumiyyətlə, gizli təşkilat və keçirilən qapalı görüş faktının özü Ermənistanın həqiqət qarşısında dərin kompleksinin ən aydın sübutu hesab oluna bilər.Həmçinin, bu, onların öz yalançı narrativlərinin təşviqi yolunda yaranan təkzibedilməz və əlverişsiz faktları aradan qaldırmaq cəhdi kimi də qiymətləndirilə bilər.
Onlara bu işdə ancaq bu faktlara sahib olanlar mane ola bilərlər. Məhz onların iştirakı və binalardan birində keçirilən görüş barədə xəbər tutmaları erməni diplomatlara Hiçkok dəhşəti yaşadıb.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...