Deputatın ailəli qadınların iş saatı ilə bağlı çıxışı qalmaqala səbəb oldu: Güzəştlər olacaq? - VİDEO
Milli Məclisdə deputat Tahir Rzayevin ailəli və uşağı olan qadınların işə bir saat gec gəlməsi, işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif etməsi cəmiyyətdə müzakirələrə səbəb olub.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin rəyini öyrənməyə çalışıb.
Deputatın bu fikirlərini dəstəkləyənlər də, düzgün hesab etməyənlər də olub.
"Qadınlarla kişilərin hüquqları eyni olmalıdır. Eyni vaxtda işə gəlib-getməli, eyni şərtlərlə işləməlidirlər", - deyə paytaxt sakini söyləyib.
Millət vəkili Fazil Mustafa bu dəyişikliyi dəstəklədiyini bildirib:
"Bakıda tıxacların ənənəvi hal olduğunu nəzərə alsaq, xüsusən qadınlar evinə bir-iki saat gec çata bilirlər. Belə bir dəyişikliyin edilməsini dəstəkləyirəm. Qadınlarımızın əmək fəaliyyətinin stimullaşdırılmasına xidmət edər. Nə qədər sıxıntıda olsalar da, bir çox qadınlar məhz bu amilə görə işləməyə səy göstərmirlər".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...